
Hazırda Ermənistanda yalnız 2690 nəfər peyvənd olunub. Bu, utancverici dərəcədə aşağı bir göstəricidir.
mobilmedia.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin iclasında deyib.
Paşinyan bildirib ki, aydın olmayan səbəblərdən ölkədə peyvəndlənməyə qarşı hərəkat başlayıb. O, növbəti həftə ərzində Nazirlər Kabineti üzvlərini peyvənd olunmağa çağırıb.
Paşinyan, həmçinin əlavə edib ki, vaksinasiya olunmamaq təkcə sağlamlıq üçün deyil, həm də iqtisadiyyat üçün risklər yaradır.



