Azad Rəhimovun vəziyyəti ağırlaşdı

29

“Azad Rəhimovun vəfat etməsilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.

mobilmedia.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

O qeyd edib ki, ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb: “Yenə də Allahdan ümid kəsilməz”.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur.

1964-cü il təvəllüdlü Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin edilib.