“Bavariya” yeni baş məşqçisini açıqladı

30

Yulian Nagelsman Almaniyanın “Bavariya” klubunun yeni baş məşqçisi olub.

mobilmedia.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hazırda “Leyptsiq”ə rəhbərlik edən 34 yaşlı mütəxəssis mövsümün sonunda yeni komandasında işə başlayacaq. Onun sözləşməsinin müddəti 2026-cı ilədək nəzərdə tutulub.

Ölkə çempionu Hans-Diter Flikin 2023-cü ildə başa çatmalı olan sözləşməsini isə qarşılıqlı razılıq əsasında ləğv edib.

Qeyd edək ki, Yulian Nagelsman 2019-cu ildən “Leyptsiq”in baş məşqçisidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin