Zidan: “Hamımız “Real”ı Çempionlar Liqasında görmək istəyirik”

31

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan komandasının Çempionlar Liqasından diskvalifikasiyası ehtimalları barədə danışıb.

mobilmedia.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

“Bizim Çempionlar Liqasında olmayacağımızı düşünmək absurddur. Çox söz-söhbətlər olacaq, amma mən ancaq oyuna köklənəcəm. Mən hesab edirəm ki, hamımız “Real”ı Çempionlar Liqasında görmək istəyirik”, – deyə Z.Zidan bildirib.

Xatırladaq ki, Madrid “Real”ının Avropa Super Liqasının yaradılması ilə bağlı UEFA-dan sanksiya hədələri mövcuddur.(oxu.az)