Gəncədə yol qəzası: Ölən və xəsarət alanlar var

28

Gəncə şəhərində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

mobilmedia.az xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində “VAZ-21015” və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1 nəfər – 41 yaşlı Hicran İsayeva ölüb, daha 3 nəfər – 27 yaşlı Əruz Əkbərov, 48 yaşlı Ceyhun Mirzəyev və 37 yaşlı Zəminə Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin