
Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
mobilmedia.az bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edək ki, ABŞ dollarına tələb aprelin 20-nə nisbətən 21,3 milyon ABŞ dolları və ya 68,7 % artaraq 52,3 milyon ABŞ dolları təşkil edib və tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
Xatırladaq ki, ABŞ dollarına tələb aprelin 20-də əvvəlki hərraca nisbətən 22,8 milyon ABŞ dolları və ya 42,38 % azalaraq 31,0 milyon ABŞ dolları olub.



