
Rusiyada koronavirusa qarşı damcı şəklində peyvənd hazırlanacaq.
mobilmedia.az-ın məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq xəbər yayıb.
Onun sözlərinə görə, preparat 2021-ci ilin sonlarında və ya 2022-ci ilin əvvəllərində yaradıla bilər.
“Ümid edirəm, lakin zəmanət vermirəm”, – deyə Qinzburq vurğulayıb.
Qeyd edək ki, tibb elmləri doktoru aprel ayının əvvəlində Mərkəzdə burun damcısı şəklində peyvəndin kliniki sınaqlarının başladığını bildirmişdi.(oxu.az)



