
Ötən gün fenomen Şeyma Subaşının sosial şəbəkə hesabında etdiyi paylaşım böyük səs-küyə səbəb olub. Milyonçu sevgilisi Mohammed Alsaloussinin Şeyma və qızı üçün sərnişin təyyarəsinin bütün biletlərini satın alması xəbəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
mobilmedia.az bildirir ki, aktrisa Yeşim Salkım Şeyma Subaşının bu paylaşımını qınayıb:
“Yaxşı, tutaq ki, adam sənin üçün təyyarə kirayələyib. Bunu niyə sosial şəbəkədə yayımlayırsan? Yaxşı, paylaşdın… Bəs qızından niyə istifadə edirsən? Günahdır… Təkcə özünü niyə çəkib qoymursan? Onun heç nədən xəbəri yoxdur. O uşaq yazıqdır. Böyüyəndə xoşbəxt qadın olmayacaq. Bunun da səbəbkarı sən olacaqsan”.(axsam.az)



