Türkiyənin məşhur serialı Qarabağa həsr olundu

28

Fox TV-də  yayımlanan Türkiyənin məşhur “Savaşçı” serialının 101-ci bölümü Qarabağa həsr olunub.

mobilmedia.az xəbər verir ki, ekran işinin bu həftə yayımlanan bölümündə işğaldan azad edilən torpaqlarda terrorçuların olduğu, orada azərbaycanlı generala qarşı sui-qəsd planlaşdırıldığı ekranlaşdırılıb. Sözügedən terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə türkiyəli kəşfiyyatçılar cəlb edilir.

Qeyd edək ki, serialda məcburi köçkünlərin 30 il sonra azad olunan torpaqlara qayıdışı da əks olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin