Hansı hallarda iş gününün vaxtı qısaldılmalıdır?

33

İş günü hesab edilməyən bayram günlərindən əvvəlki günlərdə iş gününün müddətinin qısaldılması əmək qanunvericiliyi ilə tənzimlənir.

mobilmedia.az e-huquq.az-a istinadən xəbər verir ki, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə biləvasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti altı saatdan çox ola bilməz.

Qeyd edək ki, bu hal qısaldılmış iş vaxtında işləyən işçilərə şamil olunmur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin