Güləşçilərimiz AÇ-də mübarizəyə başlayır

28

Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.

mobilmedia.az xəbər verir ki,  yarışda öncə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. İlk yarış günündə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxacaq. Digər çəkidə güləşənlər isə növbəti gün yarışa başlayacaq.

65 kq çəki dərəcəsində Əli Rəhimzadə ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyanla üz-üzə gələcək.

Güləşçilərdən birinin ilk görüşü 1/16 finala, dördününkü isə 1/8 finala təsadüf edəcək.

57 kq

1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan)

65 kq

1/8 final: Əli Rəhimzadə – Gevorq Tadevosyan (Ermənistan)

70 kq

1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya)

79 kq

1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa)

97 kq

1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya)

Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatına aprelin 25-də yekun vurulacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin