
“Bank of Georgia”nın Tbilisidəki filialına hücumu odlu silahı olan bir nəfər törədib.
Millitrubuna.az xəbər verir ki, bunu həmin vaxt bankın yaxınlığında olan şahid jurnalistlərə deyib.
Onun sözlərinə görə, həmin şəxs dərhal bir qadını buraxıb. Qadın hazırda bankda üç əməkdaşın və bir mühafizəçinin olduğun bildirib.
Tbilisinin Avlabari rayonunda “Bank Of Georgia”ya hücum bu gün günorta saatlarında baş verib.
Polis əməkdaşları Avlabari metro stansiyası ərazisini tam mühasirəyə alıblar. Hazırda metroya giriş bağlanıb.(oxu.az)



