Çempionlar Liqası: İlk yarımfinalçılar müəyyənləşir

34

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
mobilmedia.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
İngiltərənin “Çelsi” klubu koronavirus pandemiyası səbəbindən Portuqaliya “Portu”sunu İspaniyadakı “Ramon Sançes Pisxuan” stadionunda qəbul edəcək. London təmsilçisi bu arenadakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib.
Günün maraqla gözlənən matçı Fransada gerçəkləşəcək. Almaniyada “Bavariya”nı 3:2 hesabı ilə üstələmiş PSJ-ni yarımfinala vəsiqə üçün heç-heçə, hətta 1:2-dək minimal fərqli məğlubiyyətlər də qane edir.
Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu aprelin 14-də olacaq.
Çempionlar Liqası
1/4 final
Cavab oyunları
13 aprel
23.00 Çelsi (İngiltərə) – Portu (Portuqaliya)
İlk oyun – 2:0.
23.00 PSJ (Fransa) – Bavariya (Almaniya)
İlk oyun – 3:2.(fanat.az)