Tramp: “2024-cü ildə Ağ Evi Respublikaçı namizəd qazanacaq”

25

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti seçkilər zamanı Respublikaçılar Partiyasının qələbəsinə əmin olduğunu bəyan edib.

Militribuna.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Əminəm ki, 2022-ci ildə biz Nümayəndələr Palatası və Senat üzərində nəzarəti geri qaytaracağıq. 2024-cü ildə isə Ağ Evi Respublikaçı namizəd qazanacaq”, – deyə Tramp bildirib.

O, həmçinin partiyasından olan namizədləri dəstəkləyəcəyini, lakin prezident seçkilərində iştirak edəcəyinə təminat verə bilmədiyini qeyd edib.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin