
“Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç özünü aktyor kimi sınamaq qərarına gəlib.
mobilmedia.az axşam.az-a xəbər verir ki, bu barədə futbolçu İnstaqram səhifəsində məlumat verib.
39 yaşlı futbolçu “Asteriks və Obeliks: İpək yolu” filmində Roma legioneri “Antivirus” rolunda çəkiləcək.
Ekran işi 2022-ci ildə tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, bu ilin payızında idmançı haqda lentə alınan “Mən Zlatanam” adlı bədii film də izləyicilərin ixtiyarına veriləcək.



