
Əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib.
mobilmedia.az xəbər verir ki, bu barədə rejissorun sənət dostları sosial şəbəkədə bildiriblər.
Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub. Uzun müddət Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.
Allah rəhmət eləsin…



