
“Rüb ərzində büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub ki, bunun da 211,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür”.
Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları 2085,73 milyon manat təşkil edib. Bununla da, proqnoza 121,1% əməl edilib.
mobilmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Rüb ərzində büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub ki, bunun da 211,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür”, – nazir əlavə edib.



