Sabirabadda yol qəzası: 1 yaralı

46

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə axşam saatlarında Sabirabad şəhərində qeydə alınıb.

Belə ki, motosikletlə minik avtomobili ilə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, Sabirabad şəhər A.Bakıxanov küçəsi 9 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Rüstəmov Məzahir Rasim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin