Azərbaycana növbəti dəfə “CoronoVAC” vaksini gətirildi

28

Bu gün Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilib.

mobilmedia.az xəbər verir ki, Çinin “SinoVac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronoVAC” peyvəndini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında enib.

Qeyd edək ki, Çinin “Sinovac” şirkətinin istehsalı olan 4 milyon doza “CoronaVac” vaksininin Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin