İran Xəzər dənizində süni ada yaradacaq

39

“İran Xəzər dənizində süni ada yaradaraq, orada istirahət və əyləncə mərkəzi inşa etmək niyyətindədir”.

mobilmedia.az bildirir ki, bunu Xəzər dənizinin sahilində yerləşən Nouşəhr şəhərinin meri Əli Amani deyib.

O bildirib ki, sahildən 1 kilometr aralıda yaradılacaq adanın ərazisi 18 hektar olacaq. Süni adada 300 kater tutumu olan liman, 5 ulduzlu otel, restoranlar, idman kompleksi, hovuz, helikopter meydançası tikiləcək. Süni adanı sahillə geniş yol birləşdirəcək.

Ə. Amani diqqətə çatdırıb ki, adanın layihələndirilməsi işlərinə İranın turizm təşkilatı da cəlb edilib. Çünki bu layihənin həyata keçirilməsində məqsəd İranın turizm sektorunu inkişaf etdirməkdən ibarətdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin