“Çox vaxt sübutlar əlavə olunmur, ona görə də məhkəmə əziyyət çəkir”

37

“Harada ki, ilkin sübutlar təqdim olunur, məhkəmə o ərizəyə baxır və qərardad qəbul edir”.

mobilmedia.az xəbər verir ki, bunu Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov “Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir” mövzusunda videokonfransda çıxış edərkən bildirib.

O qeyd edib ki, çox vaxt məhkəməyə müraciət ediləndə iddia ərizəsinə sübutlar əlavə olunmur: “Son dövrlərdə kommersiya mübahisələrini ümumiləşdiririk. Burada əsas məsələ borcun ödənilməməsidir. Tərəf borcu ödəyə bilmir və digər tərəf məhkəməyə müraciət edir. Bankda olan vəsaitin üzərinə həbsin qoyulması və sair ərizələr verilir. Bu, Mülki Prosessual Məcəllənin tələbidir. Biz ərizəyə baxanda məsələnin digər tərəfini də nəzərə almalıyıq. Digər tərəfin əmlak vəziyyətini çətinləşdirə bilmərik. Çünki ola bilsin ki, biz bu həbsi qoymaqla, digər tərəflərlə onun hesablaşma qaydasına maneçilik törədərik. İlkin olaraq xahişimiz ondan ibarətdir ki, iddianı verəndə sübutlar əlavə olunsun. Çox zaman sübutlar əlavə olunmur. Ona görə də məhkəmə ərizənin baxılmasında əziyyət çəkir. Bütün sübutlar demirəm, ilkin sübutlar heç olmasa, təqdim olunmalıdır. Ancaq bu icra olunmur. Harda ki, ilkin sübutlar təqdim olunur, məhkəmə o ərizəyə baxır və qərardad qəbul edir. Hüquqşünasa, vəkilə, deyirik ki gedin, mənim hüquqlarımı müdafiə edin, ancaq onlara müdafiə üçün faktlar vermək lazımdır ki, məhkəmədə səmərəli şəkildə sizin hüquqlarınızı müdafiə etsin”.

İ. Əhmədov sənədləşmənin lazımi qaydada aparılmadığını da bildirib: “Son zamanlar bu xidmətin göstərilməsi ilə alqı-satqı, və sair məsələlərlə bağlı iddia ərizələri verilir. İddia ərizəsinə ancaq elektron qaimə-fakturalar əlavə olunur. Halbuki, müqavilə ilə tanış olan zaman görünür ki, xidmətin göstərilməsi, alqı-satqının bağlanmasında yazılıb ki, hesab fakturası bu münasibətdə rəsmiləşdirilməlidir. Malın verilməsi, təhvil alınması, sifarişin verilməsi, sifarişin qəbul olunması, xidmətin göstərilməsi, belə sənədlərə əsasən olmur. Olmayanda da o ərizənin təmin edilməsində biraz çətinlik yaranır”.(e-huquq)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin