Neftçalada yol qəzası: piyada öldü

31

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Qaramanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qədimkənd kənd sakini Əsədov Natiq Saleh oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Qaramanlı kənd sakini, piyada 1983-cü iltəvəllüdlü Əhədov Rüstəm Rahil oğlunu vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin