
“ATƏT-in işi təhlükəsizlik prioritetlərinə sadiq qalmaqdır”.
mobilmedia.az oxu.az-a istinadən xəbər verir ki, bunu ATƏT sədri Ann Linde Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. A.Linde qeyd edib ki, ATƏT-in Minsk Qrupunun işi uzunmüddətli sülhün yaranmasına yönəlib.
ATƏT sədri ümid etdiyini bildirib ki, Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi davam etdiriləcək.



