“Baktelekom”a yeni direktor müavini təyin edilib

23

“Azərkosmos” ASC-nin Marketinq Departamentinin rəhbəri Aysel Soltanova vəzifəsindən ayrılıb.

mobilmedia.az xəbər verir ki, o, bundan sonra öz fəaliyyətini “Baktelekom” MMC-də davam etdirəcək.

Məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə A.Soltanova “Baktelekom” MMC-nin baş direktorunun müavini təyin edilib.

Qeyd edək ki, ötən ayın əvvəlində Nail Mərdanov da bu qurumda eyni vəzifəyə təyin edilmişdi.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin