Martın 15-dən sərt karantin tətbiq edilir?

27

Xəbər verdiyimiz kimi, Azərbaycanda 10 mart tarixində koronavirusa 515 yeni yoluxma faktı qeydə alınıb. Sosial şəbəkələrdə insanlar koronavirusa görə ayın 15-dən yenidən qapadılmanın olacağını deyirlər.

Həmçinin mütəxəssislər də bu ayda yenidən sərt karantinin olacağını bildirirlər. Müzakirə mövzusu isə qapadılmanın tarixi ilə bağlıdır.

mobilmedia.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a AHİB-nin üzvü, dosent Ədalət Rüstəm açıqlama verib. Həkim qapadılmanın zəruriliyindən danışıb:

“Hesab edirəm ki, çox böyük ehtimal bayram günləri ərəfəsində iki həftəlik sərt karantin rejimi tətbiq edilə bilər. Təxminən ayın 17-dən ayın axırınadək qapadılmaya gedilə bilər. Vaxtın uzadılacağından danışdıqda isə deyə bilərəm ki, bu proses uzadıla da bilər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin