İmişlidə ağır qəza: 1 ölü, 3 yaralı

23

İmişli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobil VAZ-2107 markalı avtomobillə toqquşub. Qəza nəticəsində Biləsuvar rayonunda müvəqqəti məskunlaşan Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Vəliyev Tahir Cavad oğlu hadisə yerində dünyasını dəyişib.

Avtomobillərdə olan 1987-ci il təvəllüdlü, İmişli rayon sakini, Abbasov Dəyanət Allahverdi oğlu, Beyləqan sakinləri, 1989-cu il təvəllüdlü Mehdiyev Rauf Binnət oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Eldar Zakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

D. Abbasov Şirvan, digər yaralılar isə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin