
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC Novruz bayramı ilə əlaqədar olaraq, 13-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkaları təşkil edəcək.
mobilmedia.az-ın məlumatına görə, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, yerli fermerlər üçün alternativ satış kanalı təşkil etməkdir.
“Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar tamamilə yerli istehsal olub, müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Yarmarkada 30-dan artıq regiondan 100-dən artıq fermer 60-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışını həyata keçirəcək. Məhsulların qiymətləri digər satış mərkəzlərindən və bazarlardan daha münasib, eləcə də aztəminatlı ailələrin büdcələrinə uyğun olacaq.



