“Türkiyə energetika sektorunda sıçrayış edib” – Ərdoğan

24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan respublikada ilk nüvə elektrik stansiyası – “Akkuyu”nun inşası layihəsinin ölkənin energetika sektorunda böyük sıçrayış etməsinə imkan verən investisiya olduğunu bildirib.

mobilmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz bu gün cənab Putinlə “Akkuyu” AES-in (üçüncü enerji blokunun) təməlqoyma mərasimində videoəlaqə vasitəsilə iştirak edəcəyik. Türkiyə energetika sahəsində ən böyük sıçrayış etmiş ölkədir. Bizim ən böyük investisiyalarımızdan biri “Akkuyu” AES-dir”, – deyə R.T.Ərdoğan bildirib.(azpolitika.info)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin