Daha 2 partiyaya ofis veriləcək

29

Ötən il dövlət və qeyri-hökumət təşkilatlardan, habelə siyasi partiyalardan bina və qeyri-yaşayış və torpaq sahəsi ilə təmin olunmalarına dair 49 müraciət daxil olub.

mobilmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, bu müraciətlərin 24-ü üzrə həmin təşkilatların yerləşdirilməsi təmin edilib.

Bu sırada 16 siyasi partiyanın fəaliyyəti üçün ofislə bağlı müraciətllərin 14-ü müsbət həll edilərək müvafiq partiyalara müasir iş şəraiti ilə təmin olunmuş sahələr icarəyə verilmiş, digər 2 müraciət üzrə hazırlıq işləri başa çatdıqdan sonra ofis üçün bina sahələrinin ayrılması təmin olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin