Ələt yolunda iki avtomobil toqquşub: 1 yaralı

26

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Millitirbuna.az xəbər verir ki, hadisə Bakı-Ələt yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1980-cı il təvəllüdlü Heybətov Seymur Ağaməmməd oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona kürək nahiyəsinin əziyi diaqnozu qoyulub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin