
BBC uzun müddətdən sonra doğma yurduna qayıdan azərbaycanlı Natiq Allahyarov haqqında reportaj hazırlayıb.
mobilmedia.az axar.az-a istinadən xəbər verir ki, reportajda birinci Qarabağ müharibəsi zamanı ayağından yaralanmış N.Allahyarovun məcburi köçkünlər üçün yataqxanada yaşamasından, bir gün evinə dönməyi xəyal etməsindən və xəyallarının gerçəkliyə çevrilməsindən bəhs edilir.



