
Türkiyə Superliqasının 27-ci turunda “Ankaragücü” klubuna 1:2 hesabı ilə uduzan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim hakimlərdən narazılığını bildirib.
mobilmedia.az xəbər verir ki, təcrübəli çalışdırıcı VAR hakimi funksiyasını icra edən Cüneyt Çakırı tənqid edib:
““Beşiktaş”la matçda top Damaqoy Vidanın əlinə dəysə də, penalti olmadı. Həmin vaxt Cüneyt Çakır vəziyyəti bizə elə anlatdı ki, az qala ondan üzr istəyəcəkdik. İndi özü VAR hakimi idi, amma heç bir müdaxilə etmədi.
Oyunun ən vacib yerində bizə qırmızı vərəqə göstərdilər. Bu dirsək zərbəsidirsə, çox futbolçu meydandan qovulmalıdır. Deməli Türkiyədə VAR hakimi deyilən bir şey yoxdur. O qədər belə epizodlar var ki. Cüneyt Çakır iki gün əvvəl qalmaqallı qərar verir və yenə VAR hakimi kimi təyinat alır”. (Qafqazinfo)



