Almaniyada karantinin müddəti artırıldı

31

Almaniyada yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən karantin rejiminin müddəti martın 28-nə kimi uzadılıb.

mobilmedia.az-ın məlumatına görə, bununla belə federal torpaqların rəhbərləri yumşalmalara getməklə bağlı qərar vermək hüququnu özündə saxlayırlar.

Almaniyan kansleri Angela Merkel Berlində keçirdiyi mətbuat konfransında qərara münasibət bildirib:

“Biz lokdaunun aradan qaldırılması üçün addımlar atmalıyıq. Amma bizi geri salmasın deyə bu addımları diqqətlə izləmələyik. 2021-ci ilin yazı ötən ilin yazına nisbətən başqa olacaq”.

Qeyd olunub ki, ilk addım olaraq 8 martdan etibarən kitab və çiçək mağazaları, bağçılıq bazarları, gözəllik salonları və sürücülük məktəblərinin açılması planlaşdırılır.

Martın 22-dən etibarən restoranların, kinoteatrların və pərakəndə satış mağazalarının qismən açılması istisna deyil. Bu, yalnız ciddi gigiyena qaydalarına riayət edildiyi təqdirdə mümkün olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin