Avropa Liqası oyununun yeri dəyişdirildi

36

UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Molde” (Norveç) – “Qranada” (İspaniya) matçının yeri dəyişdirib.

mobilmedia.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, buna səbəb iki ölkə arasında səfərlərə koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlərdir. Buna görə qarşılaşma daha əvvəldən nəzərdə tutulduğu kimi, Norveçdə deyil, Macarıstanda keçiriləcək.

Qeyd edək ki, “Molde” – “Qranada” matçı martın 18-də, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.(fanat.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin