Məşhurların yaşadıqları: Yeni “Portfolio” verilişində – Video

30

Dünyanın 1 nömrəli videohostinqi “Youtube”da,  yeni açılan “Səhnə TV” kanalı maraqlı layihə ilə çıxış edəcək.

mobilmedia.az xəbər verir ki, layihə çərçivəsində yayımlanan “Portfolio” verilişində öz sahəsinin peşəkarı olan,  cəmiyyətdə tanınan insanların bioqrafiyasından və karyera uğurlarından bəhs ediləcək.  “Portfolio” verilişində hər dəfə bir  peşəkarın iştirakı ilə gənclərin karyera həyatına müsbət təsir edəcək və seçdikləri sənətə qarşı marağı daha da artıran nüanslara toxunulacaq.

Verilişin yaradıcı heyətində quruluşçu rejissor İmran Ali Qurban, quruluşçu operator Fahir Səmədoğlu, montaj Sənan Əhmədov, icraçı prodüserlər Elçin Hacı və Əhliman Ərşadlı yer alıb.

Tezliklə yayımlanacaq “Portfolio” verilişini izləməyi unutmayın.

https://youtu.be/u7i0wC17Rcg

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin