Vilayət Eyvazov polis polkovnikinə yeni vəzifə verdi

29

Binəqədi Rayon Polis İdarəsinin rəisinə şəxsi heyətlə iş üzrə köməkçi təyin olunub.

mobilmedia.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Fuad Əliyev təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində rəis müavini vəzifəsində çalışıb.(unikal.org)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin