Niaqara şəlaləsi dondu – Video

36

ABŞ-ı əsarət altına alan soyuq hava şəraiti nəticəsində Niaqara şəlaləsi donub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimalında havanın temperaturunun -18 dərəcədən aşağı düşməsi Kanadanın Ontario ştatı ilə ABŞ-ın Nyu-York ştatı arasındakı şəlalənin böyük hissəsinin donmasına səbəb olub.

Donmuş suyun görüntüsü turistlərin diqqətini cəlb edib, onlar buranı ziyarət edərək, görüntülər paylaşıblar.

Qeyd edək ki, Niaqara şəlaləsi bundan altı il əvvəl müşahidə olunan qütb soyuqları fonunda donmuşdu.(qafqazinfo)

https://youtu.be/f0_bt9dKIa8

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin