
Fevralın 22-də İran parlamenti plenar iclasın gedişində gələn il üçün büdcə layihəsinə baxıb və Rusiyadan maksimum 5 milyard dollar kredit cəlb olunması barədə müddəanı bəyənib.
mobilmedia.az xəbər verir ki, kreditin prioritet məqsədləri infrastrukturdan, o cümlədən, nüvə və alternativ energetikadan və dəmir yolundan ibarətdir.
Qeyd edilməlidir ki, Rusiya krediti barədə artıq bir neçə ildir ki, söhbət gedir, xüsusilə də bu məsələ İran prezidenti Həsən Ruhani tərəfindən 2019-cu ildə cari ilin büdəsinin müzakirəsi zamanı xatırladılıb.
Xəbər verildiyi kimi, 2019-сu ildə İranın neft-qaz industriyasına Rusiya sərmayəsinin yatırılması məsələsi müzakirə olunub. Bu barədə İran İslam Respublikasının energetika naziri Rza Ardakanian bəyan edib.(azpolitika.info)



