“Tədrisin dayandırılması mübarizə predmeti ola bilməz” – Ekspert

64

“Yeganə mübarizə vasitəsi tədrisi davam etdirməkdir”.

mobilmedia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, tədrisin dayandırılması heç vaxt mübarizə predmeti ola bilməz:

“Hesab edirəm ki, tədris müəssisələri fəaliyyətini davam etdirməlidir. Bu zaman yoluxan şəxslər müəyyənləşdirilib cəmiyyətdən tədric ediləcək”.

Kamran Əsədov vurğulayıb ki, fevralın 1-də dərslər başlayıb və bu müddətdə cəmi bir məktəbdə yoluxma səbəbindən tədris prosesi dayanıb:

“Əvvəllər daha çox müəllim, şagird arasında yoluxma halları müşahidə edilirdisə, indi bu rəqəm kifayət qədər aşağıdır. Heç bir halda tədrisin yoluxma səbəbindən məhdudlaşdırılması tövsiyə olunmur”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin