Ramzan Kadırovun oğlu prezident seçilib

34

Çeçenistanın ölkə başçısı Ramzan Kadırovun oğlu Adəm iştirak etdiyi ilk seçkilərdə qalib gəlib.

O, respublikanın ilk Prezidenti Axmat Kadırov adına Təhsil Mərkəzində tələbə özünüidarəsinin prezidenti seçilib.

mobilmedia.az-ın məlumatına görə, regionun rəhbəri bu barədə “VKontakte” səhifəsində məlumat verib.

Bildirilir ki, kampaniya – seçki komissiyasının bütün tənzimləmə prosedurlarına uyğun olaraq ciddi nəzarət altında təşkil edilib.

“Səsvermədə 3-11 sinif şagirdləri, müəllimlər və təhsil mərkəzinin rəhbərliyi iştirak edib. Adəm üç namizəd arasında seçicilərin mütləq əksəriyyətinin (81,7 %) səsini toplayıb”, – deyə bildirilir. (oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin