Taksidən istifadə edənlərin sayı artıb

31

2021-ci ilin ilk ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 68,5 milyon sərnişin daşınıb.

mobilmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 46,6% azdır. Sərnişinlərin 92,1%-i avtobus, 7,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Məlumata görə, hesabat ayında taksi ilə 5 430,0 min sərnişin daşınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 16,1% çoxdur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin