Neymar bu tvitə görə cəzalandırıla bilər

31

PSJ-nin braziliyalı hücumçusu Neymar UEFA Çempionlar Liqasının 1/8 mərhələsi çərçivəsində “Barselona” ilə keçirilən oyunda zədə səbəbindən meydana çıxa bilməsə də, məhz bu matçla əlaqədar etdiyi hərəkətə görə cəzalandırıla bilər.

mobilmedia.az xəbər verir ki, ulduz futbolçu qarşılaşmanın gedişində sosial şəbəkədə etdiyi paylaşıma görə iki matçlıq diskvalifikasiya edilə bilər.

Məsələ burasındadır ki, sözügedən oyun zamanı Neymar matçın 26-cı dəqiqəsində hakimin PSJ-nin qapısına təyin etdiyi penalti zərbəsi qərarını şübhə altına alan paylaşım edib. Futbolçu öz Tvitter hesabında “zarafat kimi bir penalti” ifadəsini yazıb. Düzdür, Neymar qısa müddət sonra səhvini anlayıb paylaşımını silsə də, artıq iş-işdən keçib.

İndi son söz UEFA intizam komitəsindədir.(modern.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin