Ağstafada yol qəzası: piyada yaralandı

30

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Firuzə Sanıyeva yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin