Astarada ər arvadı bıçaqladı

29

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

mobilmedia.az-ın xəbərinə görə, hadisə Böyük Şahağacı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü kənd sakini Amalya Ramiz qızı Zəkiyeva çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin sözlərinə görə, o, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralıya sol kürək, boğaz, sinə və sağ çiyin nahiyəsindən kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin