
XXI əsrin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.
mobilmedia.az fanat.az-a istinadən xəbər verir ki, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) açıqlayıb.
XXI əsrin ən yaxşı məşqçilərinin siyahısına Joze Mourinyo başçılıq edir. 226 xalı olan portuqaliyalı mütəxəssis 2001-2020-ci illər üçün dünyanın ən yaxşı baş məşqçisidi.
İkinci pillədə almaniyalı Yoahim Löv qərarlaşıb. Mütəxəssis bu müddətdə 213 xal toplayıb. 3-cü pilləni şotlandiyalı Aleks Ferqyuson və Pep Qvardiola bölüşür. Hər iki mütəxəssisin 183 xalı var.
Qeyd edək ki, siyahıda planetin 15 məşqçisi yer alıb.



