Hidrogenlə çalışan təcili yardım maşını təqdim olunub

40

Britaniyanın “UELMCo” şirkəti artıq bu il hidrogenlə işləyən təcili yardım maşınını London küçələrinə buraxmaq niyyətindədir.

mobilmedia.az-ın məlumatına görə, ekoloji təmiz nəqliyyat vasitəsi “Zerro” layihəsi çərçivəsində yaradılıb. Onun hazırlanmasında “UELMCo” ilə yanaşı bir sıra digər şirkətlər də iştirak edib.

Elektromobildə 92 kvt/saatlıq batareya, həmçinin 8 kq tutumu olan hidrogen balonu quraşdırılacaq ki, bu da təcili yardımın 320 km məsafə qət etməsi üçün kifayət edəcək. Nəqliyyat vasitəsinin yükgötürmə qabilləyi 900 kq, maksimal sürəti isə 145 km/saat olacaq.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin