Daha iki universitetdə ənənəvi tədris bərpa olunmayacaq

27

Azərbaycanda daha iki universitet fevralın 15-dən ənənəvi tədrisi bərpa etməmək barədə qərar verib.

mobilmedia.az-ın məlumatına görə, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ikinci smestri onlayn şəkildə davam etdirəcək.

ADAU-dan bildirilib ki, tədris distant (onlayn) formada və ADAU TV vasitəsilə keçiriləcək.

AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova “Report”a bildirib ki, tədris onlayn şəkildə davam edəcək: “Laboratoriya dərslərində virtual laboratoriya təqdim olunacaq”.

Xatırladaq ki, bir neçə gün öncə “Report” fevralın 15-dən hansı ali məktəblərin ənənəvi tədrisi bərpa edib-etməyəcəyi barədə araşdırma aparmışdı. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin