“Yaşadığım həyat mənim həqiqətimdir” – Günay

26

“Mənim də hamı kimi həyat hekayəm var. Başqaları hekayə kimi görsə də, yaşadığım həyat mənim həqiqətimdir”.

mobilmedia.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. Ötən gün ad gününü qeyd edən sənətçi 30 yaşı olduğunu vurğulayıb:

“Allaha, ailəmə və özümə güvənərək ömür pillələrimdə ilbəil qalxdım. Hər pilləm məni ucaltdıqca, geridə qoydum çox şeyi. Yaradanın mənə əmanət verdiyi həyat yolunda bu pillədə dayandım. Nəfəsimi dərim qalxacam. Özü də dayanmadan. Üzü zirvəyə dırmanacam, ən yüksəyə. Çünki mən Günayam. “Gün” də ordadı, “Ay” da… 30 yaş, xoş gəldin. Mənimlə bu yola hazırsan?”.(axsam.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin