
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama dünyanın ən böyük yayım şirkətlərindən biri olan “Netflix”də uşaqlar üçün yemək şousu təşkil edəcək.
mobilmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq birinci xanımı öz “Twitter” səhifəsində məlumat yayıb.
“Waffles + Moti” adlanacaq şou martın 16-dan yayımlanacaq.
Şouda M.Obama supermarketin sahibi rolunu oynayacaq, Waffles və Moti kuklaları isə supermarket işçiləri və aşpazlığı yeni öyrənməyə çalışan personajlar olacaq.(oxu.az)



