
Tanınmış erməni aktyor Levon Şarafyan Ermənistan hakimiyyətini sərt tənqid edib.
mobilmedia.az xəbər verir ki, o, xüsusilə baş nazir Nikol Paşinyanın ünvanına xoşəgəlməz ifadələr işlədib.
“Necə bir siman var imiş Nikol? Əgər mən bu qədər lənətlənsəydim, utandığımdan intihar edərdim. Uşaqlarınızın bu lənətləri oxuduğunu düşünün. Övladlarınızın da oturub-durduğu dairələr var. Uşaqlar belə atalarının olmasından utanırlar. Onların suallarını necə cavablandırırsınız? Mən sənin yerində olsaydım, həyatıma son qoyardım, Nikol. Heç olmasa ömründə bir dəfə kiş ol”,- deyə aktyor bildirib. (azvision.az)



